Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
O bildirib ki, araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub.
Xidmət rəisi qeyd edib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.
H.Əlizadənin sözlərinə görə bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.
“Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4 000 manat məbləğində cərimə olunub”.
H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.(publika.az)



Nazirlik “Azərsu”yu məhkəməyə verdi
Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələndi
Xəzərə çirkab su axıdan şəxs cərimələnib
Bu kadrlar Bakıdandır: Çirkab sular Xəzər dənizinə axıdılır - VİDEO
Bulvardan dənizə çirkab suları axıdılır? - VİDEO
Zabrat sakinlərindən ŞİKAYƏT
Xəzər sahili zonasında reydlər davam etdirilir
Nazirlik bu istirahət mərkəzlərini cəzalandırdı
Çimərliyə gedənlərə ŞAD XƏBƏR
Masazır gölü niyə quruyur?
Xəzəri nə çirkləndirir? – Alimdən MÜHÜM AÇIQLAMALAR
Xəzərdə bunu edənlər CƏZA ALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 