Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə" layihəsi çərçivəsində paytaxtda həftəsonu satış yarmarkalarının təşkili davam etdirilir.
Nazirlikdən ONN media-ya bildirilib ki, aprelin 6-7, 13-14, 20-21, 27-28 tarixlərində Nizami küçəsi 154 ünvanında (Landmark Biznes Mərkəzinin yaxınlığında) keçiriləcək satış yarmarkasında alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.
Yarmarkada iştirakçılar xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçiriləcək. Yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050-400-88-99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.



"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?
“Kənddən Şəhərə” adlı yarmarka təşkil ediləcək
Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
“Kənddən Şəhərə” yarmarkası keçiriləcək
Şənbə və bazar “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR
“Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
Bakıda yarmarkalar keçirilir –Ramazan bayramı münasibəti ilə
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
Novruz yarmarkası fəaliyyətə başladı
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
“Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 