Xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin bir sıra işlərə cəlb edilməsinə yol verilməyəcək. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda öz əksini tapıb. Bu standartlara əsasən, həmin işlər nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən, bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı, kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə, narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlıdır. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin bir sıra işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir. Bu işlər partlayış xarakterli, sualtı, şaxtalarda və mədənlərdə yeraltı işlər, qaynar sexlərində görülən işlər, nəqliyyat vasitələrinin idarə edilməsi, hündürlükdə aparılan tikinti işləri və özül işləri, yüksək səs-küylü istehsalat işləri, zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər, əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər, böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər, hərəkət edən mexanizmlərə (vestibülyar aparatı pozulmuş şəxslər üçün) bağlı işlər, qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər, elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər, radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər, ultrasəsin təsiri ilə bağlı işlər, səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər, zəhərli kimyəvi maddələrlə bağlı işlər, əsəb-emosional gərginlikli işlərdir.
Əlillərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək - QƏRAR



Nazirlər Kabinetindən əlilliyi olan şəxslərlə bağlı YENİ QƏRAR
Yeni normalar təsdiqləndi: BUNDAN SONRA...
Azərbaycanda bu sözlər ləğv ediləcək
Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqlədi
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Bu şəxslərlə bağlı VACİB QƏRAR
Bu şəxslərə təqaüd verilməyəcək
İşsizlərə hansı ictimai işlər təklif olunur?
Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı
Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun təsdiqləndi
İlham Əliyev qanun imzaladı
Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı MÜHÜM QƏRAR
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 