Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu qlobal miqyasda neftə tələbatın gələcəyi ilə bağlı analiz hazırlayıb. Bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki, 2004-2017-ci illərdə dünyanın enerji istehlakında neftin payı 2.5 faiz azalaraq 34.2 faizə enib və bunun əvəzində bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7 faizdən 3.6 faizə yüksəlib: “Amma daha diqqətçəkən məqam enerji növləri üzrə istehlakın artım templəri arasında müşahidə edilən kəskin fərqlərdir. 2004-2017-ci illərdə neft istehlakının həcmi hər il orta hesabla 0.5 faiz artdığı halda, bərpa olunan enerji üzrə bu artım 4 faiz ətrafında olub. 2004-2013-cü illərdə kömür istehlakının orta illik artım tempi 0.5 faizi ötsə də, 2013-2017-ci illərdə 0.3 faizə yaxın azalma müşahidə edilib. Proses ləng getsə də, qlobal enerji istehlakı gələcəyin yönünü çox aydın göstərir. Məşhur ifadədə deyildiyi kimi, neft bitməyəcək, amma neft erası bitəcək. Amma bu dəfə kömür və odun kimi bir təbiət məhsulunun yerini başqası (neft, qaz) tutmayacaq. Zəkanın məhsulları – külək, günəş, digər bərpa olunan enerji növləri əvəzediciyə çevrilir”.
Rusiya açıqladı: neft erasının SONU BAŞLADI



Neft niyə kəskin ucuzlaşdı?
Azərbaycanda əhalinin ərzaq xərcləri artdı – Nəyə nə qədər pul xərcləyirik?
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Rusiyaya ağır qadağa gəlir: Bakı da qazanacaq…
Dünya bazarında neftə tələb artdı - Ekspert
Rusiya bu sahədə dünya lideri ola bilər
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib
FED uçot dərəcəsini 0-0,25 faizdə saxladı
Azərbaycanda əhalinin artım sürəti kəskin azaldı
Pensiyalar nə qədər artacaq?
Bu ölkə elektrik və neftsiz qaldı - İnfrastruktur çökdü
Azərbaycan yeganə ölkədir ki... - Dünya Bankı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 