Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. ONN media bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə sənədlər araşdırılıb. Elan olunan ekspertiza rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqlı olub. Cinayət işi materiallarında olan videogörüntülər izlənilib. Videogörüntüdən məlum olub ki, Ramiz Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb, polis evə gələndə o, yuxulu vəziyyətdə olub. Daha sonra məhkəmə istintaqı başa çatıb və çıxış üçün prokurora söz verilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Növbəti proses sentyabrın 27-də davam edəcək. İttihama görə, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib. İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.(trend)
Arvadını döyüb balkondan atdı, sonra da...



Xanımını binadan atan direktor... - Məhkəmə QƏRAR VERDİ
DƏHŞƏTLİ CİNAYƏT: Əri ilə mübahisə etdi və...
Qardaşı arvadını bıçaqladı - Səbəbi isə...
Kişi arvadını sevgilisi ilə tutdu və... — Dəhşətli cinayət
Qohumlar arasında QORXUNC CİNAYƏT - Bacısının ərini...
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
Sumqayıtda CİNAYƏT: Taxsi sürücüsünü öldürüb, sonra isə...
Anasını boğdu, sonra isə... - DƏHŞƏTLİ CİNAYƏT
İlkin Süleymanovla bağlı QƏRAR VERİLDİ
Daxili İşlər Nazirliyi məlumat yaydı
Ata Abdullayevə 9 il həbs cəzası istənildi
Kafedə tanışını elə döydü ki...
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 