“Araz” supermarketlər şəbəkəsi polietilen məmulatlardan istifadənin azaldılması tədbirləri çərçivəsində bu dəfə müştərilərə qarğıdalıdan hazırlanan bio-paketlər təklif edib. ONN media xəbər verir ki, bu barədə açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova deyib. O bildirib ki, bio-paketlər 6 aydan sonra cürüməyə başlayır: “Bu gündən etibarən müştərilərə polietilen paketlərlə alternativ olaraq, bio-paketlər təklif edirik. Bir müddət əvvəl parçadan hazırlanan eko-paketlər təklif etdik və bu layihə maraqla qarşılandığı üçün bu dəfə onun davamı olaraq, tamamilə bio olan paketlər təklif edirik. Görünüşünə görə polietilen paketlərə oxşayan bu paketlər yüz faiz təbiidir və qarğıdalıdan hazırlanıb. Təxminən 6 aydan sonra bio-paketlər cürüyərək torpağa qarışır. Bu bio-paketlərin qiyməti isə 10 qəpikdir”. Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qabların və polietilen məmulatların insan sağlamlığına zərərli olması ilə əlaqədar həyəcan siqnalı çalıb və onlardan istifadəni məhdudlaşdıran kampaniyaya başlayıb.
Bakıda bu marketdə inanılmaz yenilik



Bu gündən polietilen paketlər qadağan olunur
Bu ölkə plastik paketlərdən imtina edir
Nazirdən polietilen paketlərlə bağlı AÇIQLAMA
Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq - Nazirlik
Mənzillərə paketlər paylanacaq: Tullantılara görə
Azərbaycanda polietilen torbaların satışı - QADAĞAN EDİLİR
Daha bir ölkə plastik paketlərdən imtina etdi
Növbəti SƏRT QƏRAR: Yeni ildən pullu olacaq - VİDEO
Bayram günlərində bölgələrə tur paketlər – Qiymətlər
Satışa çıxarılan COVID-19 müalicə paketi barədə RƏSMİ AÇIQLAMA
AZAL sərnişindaşımada dəyişiklik etdi - Təyyarənin salonuna yalnız...
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 