Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir: "Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik". İ.İbrahimova bildirir ki, marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür: "Alıcılar da pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Mənimlə, yəqin razılaşarsınız ki, bu torbalar qısa müddət istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır". Nazirlik rəsmisi qeyd edib ki, ETSN bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb: "Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir. ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır".
Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq - Nazirlik



Növbəti SƏRT QƏRAR: Yeni ildən pullu olacaq - VİDEO
Azərbaycanda polietilen torbaların satışı - QADAĞAN EDİLİR
Azərbaycanda plastik paketlər pullu olacaq
Bu gündən Azərbaycanda bəzi məhsulların satışı qadağandır
Bu polietilen torbalar alıcılara pulla satılacaq - Baş nazirdən QƏRAR
Polietilen torbaların qiyməti necə hesablanacaq?
ETSN əhalini sellofan torbalardan imtina etməyə çağırıb
Marketdəki bu məhsulların satışı qadağan olundu
Azərbaycanda yeni QADAĞA
Plastik torbaların ödənişli olmasının səbəbi nədir?
Nazirdən polietilen paketlərlə bağlı AÇIQLAMA
Sorğu: Əhalinin 90 faizi bu məsələyə razıdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 