Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində həlak olan ekskovatorun sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu Masallı rayonunda dəfn olunub.
ONN media xəbər verir ki, o, bu gün doğulduğu Əmirtürbə kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə bildirilib ki, Səfərəli Abışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək¬daşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. O, düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.
Qeyd edək ki, Səfərəli Alışov oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs 1958-ci il təvəllüdlü Abışov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasından həyatını itirib



Ermənilər Qazaxda ekskavatoru atəşə tutub - Sürücü HƏLAK OLUB
Cəbhədə atışma: iki erməni yaralandı
Şəhidimiz medalla təltif olundu
Qazaxda erməni təxribatı - DSX məlumat yaydı
Şəhidimizin vida mərasimi başladı
DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi
Döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Şəhid hərbçimiz dəfn olundu
İranla sərhəddə şəhid olan zabit Tovuzda dəfn ediləcək
DSX-nin şəhid hərbi qulluqçusu dəfn edildi
Qazaxda ekskovator snayperdən atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Ermənilərdən növbəti təxribat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 