Mədəniyyət naziri Əbülfəs Qarayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib. ONN media bildirir ki, təbrikdə bildirilir ki, Azərbaycan xalqı onun gələcəyini işıqlandıran müəllim peşəsini həmişə müqəddəs hesab edib: "Elm, ədəbiyyat və mədəniyyətimizin bugünkü inkişafına görə öz maarif ziyasını əsirgəməyən fədakar insanlara minnətdarıq. Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər ziyalı ədiblərimiz dövrün çətinliklərinə baxmayaraq, xalqa olan böyük sevgiləri sayəsində parlaq gələcək üçün yorulmadan, usanmadan çalışmışlar. Məhz onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır. Bu gün həmin maarif carçılarının varisləri olan pedaqoqlarımız bu şərəfli missiyanı uğurla davam etdirirlər". Bildirilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkəmizdə bədii təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, mərkəzdə və bölgələrdə təhsil ocaqları təmir-bərpa olunur. Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.
"Dövlətin bu sahəyə qayğısı, müəllimlərimizin öz bilik və bacarıqlarını əsirgəmədən şagirdlərə aşılaması nəticəsində bu gün incəsənətin müxtəlif sahələrində parlayan uşaq və gənclərimizin sorağı beynəlxalq festival və müsabiqələrdən gəlir. Dövlətimizin dəstəyi ilə gənclərimiz təhsillərini dünyanın məşhur musiqi təhsili ocaqlarında davam etdirirlər. Bütün bunlar müəllimlərimizin yorulmaz əməyinin bəhrəsidir", - deyə nazirin təbrikində vurğulanır. Əbülfəs Qarayev sonda bir daha müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ailə səadəti və müqəddəs peşələrində nailiyyətlər arzulayıb.Əbülfəs Qarayev müəllim kollektivini təbrik edib



Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışan xanımları təbrik etdi
Nazir mədəniyyət təhsili müəssisələrinin müəllimlərini təbrik etdi
Ceyhun Bayramov müəllimləri təbrik etdi
Nazir Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib
Nazirlik 150 mindən çox müəllimi təbrik edib
Əbülfəs Qarayev xaricə getmək istədi – Aeroportdan qaytarıldı
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
Nazir Musa Yaquba fəxri adını təqdim etdi
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Nazir: Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 