Nazir Əbülfəs Qarayev mədəniyyət təhsili müəssisələrinin müəllimlərini təbrik edib.
Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, təbrikdə deyilir: “Hörmətli mədəniyyət təhsili müəssisələrinin müəllimləri! Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm!
Mədəniyyət sahəsinin gələcək inkişafı bizim təhsil müəssisələrində kadr hazırlığının keyfiyyətindən asılıdır. Mədəniyyət Nazirliyi sistemində Bakı Xoreoqrafiya Akademiyası və 212 uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzləri fəaliyyət göstərir. Fərəhli haldır ki, şagird və tələbələrimiz həm təhsildə böyük uğurlar əldə edir, həm müsabiqə və festivallarda yüksək nəticələr göstərir, həm də xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Bütün bunlar bizim hörmətli müəllimlərimizin fədakar əməyinin nəticəsidir.
Müasir dövrdə bədii təhsil müəssisələri incəsənət sahəsində ənənəvi ixtisaslar üzrə ilkin peşə hazırlığı aparan tədris ocaqları olmaqla yanaşı xalqın mədəniyyətini qoruyub inkişaf etdirən, müxtəlif ölkələrin incəsənətini öyrənməklə mədəni tolerantlığı yayan, uşaq və gənclərdə multikultural dünyagörüşü formalaşdıran bədii-estetik tərbiyə mərkəzlərinə çevrilirlər.
Bu bayram günündə gələcəkdə mədəniyyət sahəsinə xidmət edəcək mütəxəssisləri – musiqiçiləri, rəqqasları, rəssamları, balet artistlərini, vokalçıları, xanəndələri hazırlayan müəllimlərə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bəllidir ki, mədəniyyət sahəsində təhsil olduqca böyük əhəmiyyətə malik olaraq, peşə vərdişləri verməklə yanaşı insanın mənəvi keyfiyyətlərinin formalaşmasına, onun hərtərəfli inkişafına xidmət edir.
Əziz müəllimlər! Bir daha sizi peşə bayramınız münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə yeni müvəffəqiyyətlər arzulayıram.”



Əbülfəs Qarayev müəllim kollektivini təbrik edib
Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışan xanımları təbrik etdi
Nazir Bakı şəhərində vətəndaşları qəbul etdi
Nazir Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib
Musiqi məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ
Hava şəraiti ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə zəruri tədbirlər görüləcək
Təhsil naziri valideynlərə müraciət etdi
Təhsil naziri müəllimləri təbrik etdi
Mədəniyyət Nazirliyi müsabiqə keçirəcək
DİM: Bu ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Mədəniyyət Nazirliyində yeni təyinat
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 