Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğuladı. Görüşdə Mədəniyyət Nazirliyi və İtalyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” Nəşriyyat Evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd edildi. Həmçinin görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edildi, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıldı və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi barədə vurğulandı. Nəşriyyat Evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirdi, həmçinin Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə etdi. Eyni zamanda nazir İtaliya Hökümətinə festivalın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib



Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşdü
Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul etdi
Bakıda Film Festivalı keçiriləcək
Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü
Prezident İtaliya nümayəndə heyətini qəbul etdi
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Nazir Fuad Məmmədovla görüşdü
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 