“Azərbaycan dövləti həmişə qadınların fədakar əməyini yüksək qiymətləndirib. Bu gün də müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları daha əzmlə çalışmağa, böyük uğurlar əldə etməyə sövq edir”. Nazirlikdən ONN media -ya verilən məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsində fəaliyyət göstərən xanımlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində belə deyilir. Bildirilir ki, mənəvi dünyamızda qadın daim müqəddəs bir yerə sahib olmuşdur. Bu, qadınların həyatın eniş-yoxuşunda ömür-gün yoldaşına arxa-dayaq olması, ailə dəyərlərinin qorunmasında mühüm bir missiyanı ləyaqətlə yerinə yetirməsi ilə bağlıdır. Azərbaycan qadınlarının fədakarlığı, mətinliyi onların dəyərini yüksəklərə qaldırmış, müxtəlif bədii yaradıcılıq sahələrinin əsas mövzularından birinə çevirmişdir. Təsadüfi deyil ki, əsrlərdir bədii nümunələrdə qadınlarımızın gözəlliyi, etibarı, sədaqəti poetik dillə tərənnüm olunur. Şifahi xalq ədəbiyyatımızda da qadının, ananın ailədə, cəmiyyətdə yeri və rolu müxtəlif vasitələrlə ifadə edilmişdir. “Ana haqqı Tanrı haqqıdır” deyimi bəlkə də bütün bəşəriyyətdə qadına-anaya verilən ən yüksək qiymətdir. Təbrikdə daha sonra deyilir: “Bu gün dövlət tərəfindən qadınların ölkə həyatının müxtəlif sahələrində rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Məmnunluqla qeyd edə bilərəm ki, mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti qadınlardan ibarətdir. Onlar dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində yaxından iştirak edirlər. Hər il neçə-neçə xanım əməkdaş fəaliyyətində qazandığı uğurlara görə nazirlik tərəfindən təltif olunur”. Əbülfəs Qarayev sonda bir daha mədəniyyət sahəsində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi və işlərində uğurlar arzulayıb.
Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışan xanımları təbrik etdi



Nazir mədəniyyət təhsili müəssisələrinin müəllimlərini təbrik etdi
Əbülfəs Qarayev müəllim kollektivini təbrik edib
Əbülfəs Qarayev xaricə getmək istədi – Aeroportdan qaytarıldı
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Nazir Musa Yaquba fəxri adını təqdim etdi
Nazir Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Ramil Usubov qadın polisləri TƏBRİK ETDİ
Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü
BNA-dan paytaxt yollarında təmizlik işləri görən xanımlara BAYRAM HƏDİYYƏSİ - VİDEO
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Nazir Fuad Məmmədovla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 