Quba rayonunun Xanəgah kəndinin sakinləri Prezident İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Azərbaycanın hər yerində olduğu kimi, bizim Quba rayonunun Xanəgah kəndi də Sizin böyük qayğınız sayəsində öz görkəmini gündən-günə dəyişir, abadlaşır. Sizin bir neçə sərəncamınızla Xanəgah kəndinə, o cümlədən ətrafdakı Rustov, Növdün, Şuduq, Bağçalı və başqa kəndlərə onların tarixində ilk dəfə olaraq asfalt yollar çəkilib, dağ çaylarının üzərində gözəl körpülər salınıb. Hörmətli cənab Prezident, çox sağ olun ki, Sizin tapşırığınızla rəhbər işçilər indi əhali ilə, sadə insanlarla daha yaxından əlaqə saxlayır, onlarla görüşüb problemlərini öyrənir və məsələləri yerində həll etməyə çalışırlar. Bu qəbullar Sizin xalqımıza və vətəndaşlarımıza böyük qayğınızın nəticəsidir. Neçə vaxt idi ki, Xanəgah kəndinin ortasından keçən çayın üzərində körpünün olmaması bizi çox narahat edirdi. Bu ilin iyul ayında kənd sakinlərinin xahişi nəzərə alınaraq Sizin tapşırığınızla çox qısa bir vaxtda Çağacıq çayı üzərində Xanəgah kəndinin hər iki tərəfini birləşdirən gözəl bir körpü tikilərək istifadəyə verildi. Kənd qəbiristanlığına gedən yol tam asfaltlandı və səliqəyə salındı. Sizin dediyiniz kimi, doğrudan da yol olan yerdə inkişaf da var. Kəndimizə də yol çəkildikdən sonra yeni xidmət obyektləri və istirahət yerləri salınır, hər sahədə canlanma hiss olunur. Bu, bizi çox sevindirir. Möhtərəm cənab Prezident, çox sağ olun ki, Siz hər zaman xalqın yanındasınız və bizim bütün məsələlərə belə diqqətlə yanaşırsınız. Bütün bunlara görə biz - Xanəgah kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı bildirir, hər bir addımınızı ürəkdən dəstəkləyir, doğma Vətənimizin daha gözəl gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzuqlayırıq. Ümid edirik ki, nə vaxtsa yolunuz bizim kəndlərə də düşəcək və biz bundan çox xoşbəxt olacağıq. Xanəgah kəndinin sakinləri adından dərin hörmətlə, Absəlimov Saleh Qurbanov Gəray Əsədullayev Nəzər Kazımov Aydın Cəbrayılov Talıb Baxışov Cəmil Orucəliyev Məzahir Həsənov Mövsüm Abdulrəhimov İlham Qurbanov Əzizağa Pirməmmədov Qadir və başqaları (cəmi 64 nəfər)".
Bu kəndin sakinləri İlham Əliyevə təşəkkür etdi



Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə məktub göndərdi
Vyetnam prezidenti İlham Əliyevi təbrik edib
Dünya liderləri İlham Əliyevi təbrik edir
İlham Əliyev Ərdoğanı təbrik etdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
Dünya liderlərinin Prezidentə təbrikləri davam edir
Zərifdən İlham Əliyevə: Sizin rəhbərliyiniz sayəsində...
Bob Bləkmən İlham Əliyevi təbrik etdi
Nazirdən Prezidentə: Söz verirəm ki...
Tramp İlham Əliyevi təbrik etdi
İlham Əliyev Monteneqronun Prezidentini təbrik etdi
İlham Əliyev Ərdoğana məktub yazdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 