İnsanın nəfsani qüvvəsi vardır ki, kiçik bir qəflət və diqqətsizlik onu məhv edər və yolundan azdırar. Onu Allaha gedən yoldan saxlayar. Ona görə də deyə bilərik ki, hər bir möminin düşməni - qəflətdir. Fərqi yoxdur ki, kiçik qəflət etmişdir, yoxsa böyük. Məsələ burasındadır ki, qəflət və diqqətsizlik insan nəfsini şeytanı istəklər tərəfə meyil etdirər və suluk yolundan ayırar. ONN media deyerler.org-a istinadən bildirir ki, hər kim nəfsinin cilovunu əlində saxlayar, o, qəflət etməz. Hər kim bunu bacararsa, şübhəsiz ki, həqiqi möminlərdən olar. Çünki bu şəxs nəfsani istəklərini kənara qoyub, İlahi razılığı əldə etmək ardınca olar. Allah insana dörd xüsusi qüvvə vermişdir: 1. Şəhvət. 2. Qəzəb. 3. Şeytani vahimə. 4. Əqli mələkə.
Əgər üç qüvvə ağla tabe olarsa, o zaman insan nəfsinə hakim olar və onu ram edər. Bu yolda Allah ibadəti onun yardımçısı olar.Bu üç sifət ki, şəhvətdən, qəzəb və vahimədən ibarətdir - insanı başqaları ilə dalaşmağa və mübahisə etməyə vadar edər. Bəşərin etdiyi bütün günahların kökündə bu 3 qüvvə dayanır. Ancaq o kəs ki, Allah yolçusu olar, bu üç sifətdə nə təfrit edər, nə də ifrat. Başqa sözlə desək, belə insan bu üç heyvani qüvvəni balansda saxlayar və onların sərhədlərinə qarşı diqqətcil olar. Təqva əhli bu üç qüvvəni yaxşı tanıyır və onları ağlının gücü ilə həddində saxlayır. Ancaq bu yolla bu üç heyvani qüvvəni zəiflətmək olar və insana İlahi güc verər. Hər kim Allaha bir addım atarsa, Allah ona doğru iki addım atar. Hər kim heyvani həyatda deyil, təyyibə həyatda yaşamaq istəyirsə - qəflət etməməlidir.Bütün günahların kökündə bu 3 qüvvə dayanır



Allah şeytanı niyə məhv etmir?
Pis fikirləri özümüzdən necə uzaqlaşdıraq?
Bu yolla insan zülmət pərdələrini aradan qaldıra bilər
Dinimizin nəzərində zəlzələ nədir? Səbəbi nədir?
Günah fikirlərdən necə xilas ola bilərik?
İmanın 4 nişanəsi
Bəndəliyin düsturu
Bərzəx aləmindəki bədənimiz necə olacaq?
Orucun 6 sirri NƏDİR?
Orucluq ayı niyə "Ramazan" adlandırılır?
Düzgün təvəkkül etmək necə olur?
Tövbənin 3 tərkibi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 