Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə həsr edilmiş “Həyat bir, sevgi bir” adlı sənədli filmin təqdimatı olub. ONN media xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Filmin təqdimatından əvvəl tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Andrey Dementiyevin Azərbaycan haqqında hər zaman gözəl təəssürat və bilgiyə malik olduğunu deyən rejissor onun dəfələrlə ölkəmizə səfərə gəldiyini qeyd edib. Bildirib ki, Andrey Dementiyev sonuncu dəfə Azərbaycanda beş il əvvəl görkəmli şair Mixail Lermontovun 200 illiyi münasibətilə təşkil edilən tədbirdə iştirak edib. “Bu tədbirdə çıxış edən zaman Andrey Dementiyevə gənc bir şairin şeirlərini təqdim edirlər. Şeirləri oxuyan şair onları çox bəyəndiyini deyir. Şeirlərin müəllifinin gələcəkdə böyük yaradıcılığa malik olacağını söyləyir. Beləliklə, həmin şeirlərin müəllifi olan Leyla xanım Əliyevanın ilk şeirlər kitabı çap edilir”, - deyə O.Şommer vurğulayıb. Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının keçiriləcəyini qeyd edib. O.Şommer deyib ki, böyük şairlərin yaradıcılığına Azərbaycanda hər zaman diqqət yetirilir. Sonra qonaqlar filmə baxıblar.
Leyla Əliyeva film təqdimatında



Leyla Əliyeva Azərbaycan xalqını təbrik edib
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Səməd Mənsurun 140 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi
Bakıda Leyla Əliyevanın sərgisi açıldı
Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar
Leyla Əliyeva şəhidlərə şeir həsr etdi
Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyeva uşaq sığınacağında olub
Həmişə müasir şair - Nəbi Xəzri
“O, Xarqo idi” filmi bu tarixdə təqdim olunacaq
Bakıda məşhur hind aktyoru Dharmendra haqqında filmin təqdimatı olub
Leyla Əliyeva Sumayıtda tədbirdə iştirak edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 