ONN media xəbər verir ki, Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə etmişdir. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilmişdir.
Yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək.
"Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”-in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”-in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.
“Buta Airways”-in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır.
Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanmışdır.
Yeni “Embraer E-190” təyyarəsinin qarşılanması haqqında videoçarx ilə aşağıdakı linkdə tanış olmaq olar: https://www.youtube.com/watch?v=jqVTmK4NeJo&feature=youtu.be
Qeyd edək ki, aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə - Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlamış, həmçinin İzmirə aviareyslərin sayını həftədə üç dəfəyədək artırmışdır.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür: * facebook.com/ButaAirways * instagram.com/ButaAirways * twitter.com/ButaAirways * t.me/Buta_Airways



“Buta Airways” aviaşirkətinin donanmasına yeni təyyarə əlavə olunub - FOTOLAR
“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
“Buta Airways” Bəhreynə birbaşa reys açır
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
Bakı-Batumi təyyarəsi geri döndü - SƏBƏB?
Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi
"Buta Airways" İzmirə birbaşa reyslər açır - İnanılmaz qiymət
Bakıdan İstanbula gedən təyyarə təcili eniş etdi
“Buta Airways”dən şad xəbər
“Buta Airways” Gürcüstanın məşhur kurortuna birbaşa aviareys açır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 