“Buta Airways” aviaşirkətinin donanmasına yeni “Embraer E-190” təyyarəsi əlavə olunmuşdur
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən ONN media -ya verilən məlumata əsasən,18 sentyabr 2018, Bakı - Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olmuşdur. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilmişdir.
Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.
“Buta Airways”in yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılmışdır.
Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanmışdır. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini oldu.
Günnüt təyyarəsinin qarşılanması haqqında videoçarxı ilə aşağıdakı linkdə tanış olmaq olar: https://youtu.be/2BbBLLSVMy8
Qeyd edək ki, yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür: * facebook.com/ButaAirways * instagram.com/ButaAirways * twitter.com/ButaAirways * t.me/Buta_Airways



“Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə etdi
“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
“Buta Airways” Bəhreynə birbaşa reys açır
Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
Bakıdan İstanbula gedən təyyarə təcili eniş etdi
Bakı-Batumi təyyarəsi geri döndü - SƏBƏB?
“Buta Airways” Gürcüstanın məşhur kurortuna birbaşa aviareys açır
"Buta Airways" İzmirə birbaşa reyslər açır - İnanılmaz qiymət
Bakı-Ankara təyyarəsi Tiflisə endi
Bakı- Həştərxan təyyarəsi eniş etmədən geri qayıtdı
“Buta Airways”dən şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 