ONN media xəbər verir ki, istefa ərizəsi yazaraq, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşmaq istəyən akademik Akif Əlizadə fəaliyyətini AMEA Geologiya və Geofizika İnstitutunun direktoru kimi davam etdirəcək. Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Akif Əlizadə AMEA prezidenti olmaqla yanaşı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri, Prezident yanında Elmin İnkişafı Fondunun və Dövlət Neft Şirkətinin Elm Fondunun Himayədarlar Şurasının üzvü, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədridir. 25 fevral 1934-cü il təvəllüdlü Akif Əlizadə 1957-ci ildən bugünədək Geologiya və Geofizika İnstitutunda çalışır. Qeyd edək ki, bu gün 16:00-da AMEA Rəyasət Heyətinin qapalı toplantısı keçiriləcək. Toplantıda Akif Əlizadənin istefasına baxılacaq və yeni prezident seçiləcək.
Akif Əlizadə bu vəzifəni daşıyacaq



AMEA prezidenti istefa verdi
İsa Həbibbəyliyə yeni vəzifə verildi
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
Mehdiyevin istefa ərizəsi qəbul olundu: Yeni prezident...
AMEA-da iki vacib təyinat
Dadaş Hüseynova yüksək vəzifə verildi
Prezidentdən Akif Əlizadə ilə bağlı — SƏRƏNCAM
Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib
Alimlərimiz Sankt-Peterburqda keçirilən beynəlxalq forumda iştirak ediblər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 