SƏN MƏNİM ÖMRÜMƏ GƏLDİYİN GÜNDƏN
Dünya gözlərimdə bir başqa aləm,
Sən mənim ömrümə gəldiyin gündən,
Nə qəlbim qəm görür, nə gözlərim nəm,
Sən mənim ömrümə gəldiyin gündən...
*********************************
Gözlərin yoluma hər an nur saçır,
Ürəyim hər zaman yanına qaçır,
Xoşbəxtlik, səadət qapımı açır,
Sən mənim ömrümə gəldiyin gündən.
**********************************
Qəm yemərəm bu dünyada mən daha,
Qurban olum səni verən Allaha,
Şükr edirəm hər açılan sabaha,
Sən mənim ömrümə gəldiyin gündən.
**********************************
Sənlə keçən günü, hər anı sevdim,
Bu dünyanı sevdim, hər yanı sevdim,
Səni sevən ruhu, bu canı sevdim,
Sən mənim ömrümə gəldiyin gündən.
**********************************
Mən doymaram səntək gözəl qadından,
Bu sevginin ləzzətindən, dadından,
Ürəyimə möhür vurdum adından,
Sən mənim ömrümə gəldiyin gündən
NADİR QÜDRƏTOĞLU



Nadir Qüdrətoğlu-şeir: Ay ömrüm...
Nadir Qüdrətoğlu - ÖMRÜM-GÜNÜM
Aparıcının paylaşımı ürək dağladı
Qubadlının havasının, suyunun dadından doyunca bəhrələnməyən ŞAİR - MÜSAHİBƏ
Türkiyədə özünü 42-ci mərtəbədən atan 21 yaşlı Aysun Xəlilovanın - FOTOLARI
Sevda ana olması haqda: "Gizlətmək qeyri-mümkün idi"
Məşhur müğənninin ailəsində AĞIR İTKİ
Məmməd Aslanın şeirləri
Xalq artisti Əlibaba Məmmədova AĞIR İTKİ
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil..."
Ayşənin anası şok detalları açıqladı
Doğulduğu gündən saçını kəsdirmir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 