ÖMRÜM-GÜNÜM
- Sən yorğun həyatımın hüzur dolu nəşəsi
- Sən əlçatmazımsan ən gözəl payımsan ömrüm-günüm
- Sən illərdir eşqinçün yanan qəlbin təşnəsi
- Sən sönməyən ulduzum, ayımsan ömrüm-günüm
- Qəlbimdəki arzular sevgimizdən güc alır,
- Biz daha xoşbəxtlikdən danışırıq ömrüm-günüm
- Xəyalımda arzular gözlərimdə canlanır,
- Şükür ki illər sonra qovuşuruq ömrüm-günüm
- Mən Səninlə səadətə inanmışam əzəldən
- Səninlə mənim dünyam dəyişib ömrüm-günüm
- Saçlarıma gənc yaşımda düşübsə də bircə ağ dən
- Ancaq ruhum ruhunla çox gəncləşib ömrüm-günüm
- Mən ən böyük savabı Səni sevməklə etmişəm
- Yaralanmış qəlbimə məlhəmsən sən ömrüm-günüm
- Sənmi gec gəldin ömrümə, yoxsa mən gecikmişəm?
- Daha sən varsan məndən uzaqdı qəm ömrüm-günüm
- Yaxınlaşır şad günümüz tutub zərif əllərini
- Yol alırıq səadətə həsrət bitir ömrüm-günüm
- Sənlə yeni yazılır ömrümün hər səhifəsi
- Neçə ilin hicranı sona yetir ömrüm-günüm
NADİR QÜDRƏTOĞLU



Nadir Qüdrətoğlu-şeir: Ay ömrüm...
Sənə görə - NADİR QÜDRƏTOĞLU
Sıla sevgilisinə səsləndi: “40 il səni gözləmişəm”
Zelenski: Bir aydan çoxdur istirahət etmirəm
SON DƏQİQƏ: azərbaycanlı məşhur koronavirusa yoluxdu
Nadir Qüdrətoğlunun şeirlərindən
Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi
Şuşaya getmək istəyirəm, vicdan əzabı çəkirəm- FLORA KƏRİMOVA (VİDEO)
"Cənnəti görən" qadından ŞOK AÇIQLAMA: O varlıq məndən soruşdu ki...
Emin Ağalarovdan gözlənilməz PAYLAŞIM: xanımından ayrıldı
Dəmət Akalın ayrıldığı əri ilə niyə barışdı?
Ölümdən niyə qorxuruq?
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 