Bakıda avtomobilini qəza yerində qoyub qaçan sürücü ilə bağlı cinayət işi başlayıb. Bu barədə ONN media -ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. "Faktla bağlı toplanmış materiallar əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlayıb. Cinayət işi üzrə araşdırmanın gedişi Bakı Şəhər Baş Polis İdarəsinin nəzarətindədir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”, - məlumatda vurğulanıb. Qeyd edək ki, noyabrın 10-da Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 10 AR 171 dövlət qeydiyyatı nişanlı, "Audi" markalı avtomobilin sürücüsü 10 VH 045 dövlət qeydiyyatı nişanlı, KİA markalı avtomobili arxa sol tərəfdən vurub. Hadisə nəticəsində KİA markalı avtomobili idarə edən Məmmədov Pərvin Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun iki diz qapağı, boyun və qulağında çoxsaylı xəsarətlər var. "VİP lizinq" şirkətinə məxsus olan "Audi" markalı avtomobili yol vərəqəsi ilə idarə edən 1996-cı il təvəllüdlü Quliyev Akif Rafiq oğlu isə həm yaralı vəziyyətdə olan digər sürücünü, həm də öz avtomobilini hadisə yerində qoyaraq qaçıb. Avtomobil isə hazırda cərimə meydançasındadır.
Qəza törədən sürücü avtomobilini və yaralı şəxsi hadisə yerində qoyaraq qaçdı



Ziya Bünyadov prospektində dəhşətli hadisə - ÖLƏN VAR
Bakıda polis qəza törətdi- Yaralı var
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı
Bakıdakı qəza ilə bağlı cinayət işi açıldı
Bərdədə ağır yol qəzası olub
Dəhşətli qəzanı törədən sürücünün - FOTOLAR
Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
"Renc Rover"lə YPX maşınını vuran sürücü həbs edildi
Bakıda dəhşətli qəzaya səbəb olan sürücü barəsində qərar verildi
Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?
Bakıda dəhşətli qəzaya görə hər iki sürücü HƏBS EDİLDİ
Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 