Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. ONN media xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib. Məlumata əsasən, mayın 5-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər şəxsin zərər çəkməsi və Samir Əliyevin hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunubvə digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılan istintaqla hadisənin Samir Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(ONA)
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı



Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
Azərbaycanda sabiq icra başçısının bacısı oğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
Bakıda daha bir avtobus qəzası - Yaralılar var
175 nömrəli marşrutda yaralanmış sərnişinlərə maddi zərəri kim ÖDƏMƏLİDİR?
Qəza törədərək hadisə yerindən yayınan sürücülər saxlanılıb
DİN Bakı-Sumqayıt yolundakı ağır qəza ilə bağlı məlumat yaydı
Qəza törədən sürücü avtomobilini və yaralı şəxsi hadisə yerində qoyaraq qaçdı
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub - ÖLƏN VAR
2 uşağı öldürən sürücü həbs olundu
Piyadanı vurub qaçan sürücü TUTULDU
Daşkəsəndə dəhşətli hadisə
Avtobus qəza törətdi - ÖLƏN VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 