İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci – yazılı imtahan mərhələsinə yekun vurulub. Baş Prokurorluğun mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilib. Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 30 namizəd qaydaların 7.5-сi bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin Siyahısı Baş Prokurorluğun vebsaytında (www.prokurorluq.gov.az, www.prosecutor.gov.az) və qəbul otağında yerləşdirilib. Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Prokurorluqdan işə qəbulla bağlı mühüm açıqlama: Dəvət...



Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə!
Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ
Prokurorluqda işə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Ədliyyə orqanlarına qəbulla bağlı açıq müsahibə elan edilir
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Ədliyyə Nazirliyi müsabiqə elan etdi
Ədliyyə orqanlarına imtahan keçirildi
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Miqrasiya Xidməti işçi axtarır - MÜSABİQƏ
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 