Ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşdırılması barədə dövlət başçısının tapşırıqlarına müvafiq olaraq yeni nəsil ədliyyə işçilərinin qulluğa qəbulu məqsədilə zəruri tədbirlər görülür, davamlı açıq müsabiqələr keçirilir.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən ONN media -ya bildirilir ki, aparılmış seçimlər əsasında son illər böyük əksəriyyəti gənclər olan 2500-dən çox hazırlıqlı mütəxəssislər qulluğa qəbul olunub və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı may ayının 26-da keçirilib.
Dövlət İmtahan Mərkəzi ilə birlikdə Bakı İdman Zalında şəffaf şəraitdə keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyib, həmçinin tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.
"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.
441 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 226 nəfər müvəffəqiyyət qazanıb (siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).
Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.
Əlavə informasiyanı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.



Ədliyyə orqanlarına imtahan keçirildi
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı bu tarixdə keçiriləcək - FOTO
Ədliyyə orqanlarına qəbulla bağlı açıq müsahibə elan edilir
Ədliyyə Nazirliyi müsabiqə elan etdi
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu aprel ayının 16-da başa çatır
Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə nazirliyində yeni təyinatlar olub
Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Ədliyyə orqanlarına qulluğa qəbul olan gənclərlə görüş olub
Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 