Polşanın Varşava şəhərində ənənəvi “TT Warsaw” turizm sərgisi açılıb. ONN media xəbər verir ki, sərgidə Ermənistan tərəfini təmsil edən “Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, “Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib. Bununla əlaqədar Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal “TT Warsaw” sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilib. Həmçinin Gürcüstanın Polşadakı səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib. “TT Warsaw” sərgisinin təşkilatçıları Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın “Etnoarmenia” şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə ediblər. Sərginin təşkilatçıları tərəfindən “Etnoarmenia” şirkətinə şiddətli xəbərdarlıq edilib və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilib.(kult.az)
Erməni təxribatının qarşısı alındı



İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açıldı
Mərakeşdə erməni təxribatının qarşısı alınıb
Polşada olan Azərbaycan vətəndaşlarının DİQQƏTİNƏ
Gürcüstan XİN Dağlıq Qarabağ separatçılarının Tbilisidə sərgi açmasını pislədi
Qarabağla bağlı növbəti təxribat
Bakıda kitab sərgisinin açılışı oldu
Səfirlik azərbaycanlı tələbənin ölümü faktını NƏZARƏTƏ GÖTÜRDÜ
Azərbaycan stendi ABŞ-ın ən böyük sərgisində- VİDEO
İsveçrənin "Swisscom" şirkəti “Karabakh Telecom” ilə əməkdaşlığı dayandırdı
Ukraynada azərbaycanlı mühasirəyə düşdü
Zakir Həsənov Nenad Miloradoviçlə görüşdü
Moskva Dövlət Universitetində erməni təxribatının qarşısı alınıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 