Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.
ONN media xəbər verir ki, bu barədə report-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N"ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik "All I need" filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu.
Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi "Artsax" olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma "erməni soyqırımı"na da istinad edilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan "All I need" filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.



81-ci Venesiya Film Festivalı başlayır
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
Moskva Dövlət Universitetində erməni təxribatının qarşısı alınıb
Erməni TƏXRİBATI: Azərbaycandan UFC prezidentinə ETİRAZ
SON DƏQİQƏ: Ağdam və Xocalıda erməni təxribatının qarşısı alındı
Ermənilər Xocalı filminə qarşı kampaniyaya başladı
Erməni təxribatının qarşısı alındı
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Şuşa istiqamətində erməni təxribatının qarşısı alındı
Erməni əsirliyində olan azərbaycanlıların SAYI NƏ QƏDƏRDİR?
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
Bakıdan erməni filminə etiraz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 