ABŞ-ın Los Anceles şəhərində keçirilən "Los Anceles Səyahət və Macəra" adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.
ONN media bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmiz haqqında müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələri, turizm imkanları, eyni zamanda zəngin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat əldə ediblər. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Bundan başqa, Los Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz, milli mətbəximizdən nümunələr sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.
Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Kilsəsi kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən şəkillər əks olunub. Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır. Olaylar



İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açıldı
Azərbaycan İstanbul kitab sərgisində "Karabakh is Azerbaijan" stendi ilə təmsil olunacaq
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
"Səyahət və turizm" MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatıb
Azərbaycan 15-ci “RefuFest” festivalında təmsil olundu
Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində nümayiş olunacaq
Azərbaycan PUA-ları Türkiyədə
Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur
Prezident sərgi ilə tanış oldu
Azərbaycan məhsulları Çində nümayiş olundu
Bu il Rusiyadan Azərbaycana gələn turst sayı nə qədərdir?
Bakıda kitab sərgisinin açılışı oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 