“SpaceX” şirkəti göyərtəsində “JCSAT 18/Kacific 1” telekommunikasiya peykinin olduğu “Falcon 9” raketdaşıyıcısının buraxılışını həyata keçirib.
ONN media xəbər verir ki, layihə Sakit okean regionunda - Asiya və Avstraliyanın cənub sahilləri arasında yerləşən minlərlə adanın sakinlərinə genişzolaqlı internetə çıxışa imkan yaradacaq.
Orada yaşayan əhali əsasən aşağı sürətli internetdən istifadə edir və ya rəqəmli dünyadan təcrid edilmiş şəkildə qalır.
Əksər internet provayderləri nümayəndələrinin fikrincə, regionda internetin çəkilməsi xərcini ödəməyəcək. Onların sözlərinə görə, orada genişzolaqlı rabitəni yalnız okeanın dibi ilə çəkilən mis və ya fiber-optik kabellərlə təmin etmək mümkündür. Lakin onların quraşdırılmasının baha başa gəlməsi səbəbindən əksər şirkətlər qoyulan vəsaitin geri qaytarılmayacağına əmindir.
“SpaceX” raketinin ilk pilləsi əvvəllər həyata keçirilən buraxılışlarda iki dəfə istifadə olunub. Şirkət onu Yerə qaytararaq təkrar istifadəsini planlaşdırsa da, raketin ön müqavimət sipərinin iki elementi suya düşüb. Şirkət əməkdaşları tərəfindən onların tapılaraq növbəti buraxılışlarda tətbiqi nəzərdə tutulur.
Noyabrda “SpaceX” tarixində ilk dəfə istifadə olunmuş ön müqavimət sipəri ilə təchiz edilən “Falcon 9” raketdaşıyıcısını buraxıb. O, kosmosdan internetin paylanılması üçün nəzərdə tutulan “Starlink” sisteminin 60 peykini orbitə çatdırıb. Şirkət 2017-ci ildən ön müqavimət sipərindən təkrar istifadə sayəsində raketin 50 faiz çox tətbiqi üzərində çalışır.(ölkə.az)
Yüksəksürətli internet üçün peyk buraxıldı



"Facebook"dan mühüm layihə
Azərbaycanda internetin sürəti niyə bu qədər zəifdir?
Xocalı sakinlərinə ŞAD XƏBƏR
Azərbaycanda internetin qiyməti artacaq? - AÇIQLAMA
"Azertelecom" və "SOCAR Turkey Enerji" ortaq şirkət yaradır
Ağalı kəndində son durum necədir?- Bayramov açıqladı
İnternetin qiyməti yenidən bahalaşır?
Bölgələrdə 100 məktəbə fiber-optik internet çəkiləcək
İnternet məhdudiyyəti aradan qaldırılacaq? — AÇIQLAMA
"Azercell"dən Novruza özəl kampaniya!
“Falcon Heavy” raketi fəzaya buraxılıb
Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 