Dünyanın ən çox istifadəçisi olan sosial şəbəkəsi Feysbuk (Facebook) yüksəksürətli internetə çıxışı təmin etmək üçün öz internet peykini hazırlayır.
ONN media xəbər verir ki, Federal Rabitə Komissiyasının yaydığı məlumata görə, şirkət qlobal internetə sahib olma üçün “Athena” adlı layihə üzərində çalışır. Yayılan məlumatlara Feysbukun rısmi mətbuat xidmətindən də cavab verilib. Bildirilib ki, əsas məqsəd internetin əlçatmaz olduğu bölgələrədə qoşulmanı sadələşdirməkdir:
"Layihə haqqında daha ətraflı məlumatı yaxın gələcəkdə geniş mətbuat konfransında bildirəcəyik. Hazırda bu layihə haqda onu deyə bilərik ki, peyk texnologiyalarının növbəti nəsil genişzolaqlı çıxış infrastrukturunun inkişafında mühüm rol oynayacaq. Bu, internetin əlçatmaz olduğu regionları genişzolaqlı qoşulma ilə təmin etməyə imkan verəcək".
2017-ci ilin ikinci rübündə, daha dəqiq desək, sentyabrında tərtib edilmiş genişzolaqlı rabitənin inkişafı haqda hesabata əsasən, planetin 50%-dən çoxu hələ də qlobal şəbəkəyə qoşulmayıb və bu problemi həll etmək üçün yeganə yol aşağı yerətrafı orbitdə peyklərdən istifadədir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə “OneWeb” və “SpaceX” kimi şirkətlər də işləyir.



Yüksəksürətli internet üçün peyk buraxıldı
"Facebook" dan Afrika ilə bağlı maraqlı qərar
Azərbaycanda internetin sürəti niyə bu qədər zəifdir?
Azərbaycanda internetin qiyməti artacaq? - AÇIQLAMA
“Facebook” istifadəçi aktivliyini artırmaq üçün nə edəcək?
Xocalı sakinlərinə ŞAD XƏBƏR
“Facebook” möhtəşəm layihəsindən imtina etdi
İnternet məhdudiyyəti aradan qaldırılacaq? — AÇIQLAMA
İnternetin olmaması ilə bağlı rəsmi cavab
“Facebook” YENİ QADAĞA - Bundan sonra...
"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
ŞAD XƏBƏR- Pulsuz internetlə təmin oluna bilərsiniz
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 