Bələdiyyə seçkiləri başa çatdı. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin səslərinin çoxunu qazanaraq, yenə də seçkilərin qalibi ola biləcək. Bu inam hər şeydən əvvəl ölkədə uğurla həyata keçirilən Prezident İlham Əliyevin siyasətinə və onun hamı tərəfindən yüksək qiymətləndirilən nəticələrinə əsaslanır. Azərbaycanın böyüyən iqtisadiyyatı, insanların artan rifahı, şəhərlərin və kəndlərin dəyişən və müasirləşən siması, insanlara rahatlıq gətirən infrastruktur layihələri, ordumuzun güclənməsi və sair möhtəşəm nailiyyətlərimiz seçkilərdə qələbəmizin obyektiv əsaslarıdır. ONN media xəbər verir ki, bu sözləri Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov Feysbuk səhifəsində paylaşıb. Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının çoxminli fəallarının, xüsusilə də gənc könüllülərin seçki təşviqatında fəal iştirakını, qələbə naminə göstərdikləri fədakarlığı ayrıca qeyd etmək istəyir: “Qarşıda isə bələdiyyələrə seçilənlərin xalqa ləyaqətlə xidmət etməsi kimi böyük məsuliyyət və vəzifə dayanır. Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvlər öz məsuliyyətlərini lazımınca dərk edəcək, insanlara layiqincə xidmət göstərəcək, xalqın onlara göstərdiyi etimada layiq olmağa çalışacaqlar. Bələdiyyələrə üzv seçilənləri təbrik edir, seçki kampaniyasında yaxından iştirak edən və əsl fədakarlıq göstərən partiya təmsilçilərinə təşəkkürümü bildirirəm”.
YAP-dan seçkinin yekunları ilə bağlı - İLK AÇIQLAMA



Əli Əhmədov: “YAP bununla bir daha özünü təsdiq etmiş oldu"
Əli Əhmədov: İnanırıq ki, seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək
Əli Əhmədov: "YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir"
Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
Əli Əhmədov:Azərbaycan xalqı İlham Əliyevi prezident seçib
İlham Əliyevin yenidən prezident seçilmək şansı yüksəkdir- ƏLİ ƏHMƏDOV
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Əli Əhmədov ABŞ-a getdi
Əli Əhmədov vəzifədən azad edildi
XİN rəsmi məlumat yaydı
YAP-ın namizədləri siyahısında kimlər olacaq?- AÇIQLAMA
İstanbulda yeni seçki: Dəmirdaş azadlığa çıxa bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 