Yeni Azərbaycan Partiyasının VI qurultayının partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürməsi ilə bağlı qərarı Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır.
ONN media APA-ya istinadən xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün YAP-ın ümumrespublika müşavirəsində çıxışı zamanı deyib.
Ə. Əhmədov bildirib ki, prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə ölkəmiz iqtisadi, sosial, digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti və rifahı yüksəlib, Azərbaycanın siması köklü surətdə dəyişib, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib:
“İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevə səs verəcəklər. Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. Biz insanların bu əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq. İnsanlar İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaqlar. Azərbaycanın inkişafı hər bir ailənin inkişafı deməkdir. Bizim üzərimizə düşən şərəfli vəzifə isə seçki kampaniyasının demokratik ənənələrə uyğun keçirilməsi üçün fədakarlıq etməkdir. İnanıram ki, biz bu seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik”.



Əli Əhmədov: "YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir"
İlham Əliyevin yenidən prezident seçilmək şansı yüksəkdir- ƏLİ ƏHMƏDOV
Əli Əhmədov: “YAP bununla bir daha özünü təsdiq etmiş oldu"
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Rəqibləri İlham Əliyevi təbrik etdi
YAP prezidentliyə namizədini açıqladı
Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
Prezidentin bəyanatı ermənilərə ciddi mesajdır - Əli Əhmədov
Əli Əhmədov:Azərbaycan xalqı İlham Əliyevi prezident seçib
MSK İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi
Rusiya mətbuatı İlham Əliyevin qələbəsindən yazdı
Prezident İlham Əliyevin andiçmə mərasiminin tarixi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 