Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişafını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir". ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində çıxışı zamanı deyib. Əli Əhmədov ölkəmizdə ötən ilin dekabrında bələdiyyə, bu il fevral ayının 9-da parlament seçkilərinin keçirildiyini xatırladaraq bildirib ki, hər iki seçki partiyamız üçün sınaq oldu. "Əslində, hər bir seçki sınaqdır. Bu dəfə isə iki seçki kampaniyasının demək olar ki, üst-üstə düşməsi bu sınağın möhkəmliyini göstərdi. Partiyamızın bütün strukturları bu sınaqdan uğurla çıxdılar. Həm bələdiyyə, həm də parlament seçkiləri kampaniyası partiyamız üçün uğurlu oldu"-deyən, YAP Sədrinin müavini partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb. Əli Əhmədov söyləyib ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ olundu: "YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş oldu".
Əli Əhmədov: “YAP bununla bir daha özünü təsdiq etmiş oldu"



YAP-ın namizədləri siyahısında kimlər olacaq?- AÇIQLAMA
Əli Əhmədov: İnanırıq ki, seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək
Azərbaycanda gələn il seçki keçiriləcək
Əli Əhmədovdan parlament seçkiləri ilə bağlı - Açıqlama
Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
Azərbaycanda seçki nə vaxt olacaq? - Rəsmi
YAP-dan seçkinin yekunları ilə bağlı - İLK AÇIQLAMA
Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
İlham Əliyevin yenidən prezident seçilmək şansı yüksəkdir- ƏLİ ƏHMƏDOV
Parlament seçkiləri ilə bağlı 7 nəfərin namizədliyi təsdiq olundu
MSK sədrinin səlahiyyətləri alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 