ONN İnformasiya Agentliyi

İran “qara qutu”ları Ukraynaya göndərir

İran “qara qutu”ları Ukraynaya göndərir
18-01-2020, 22:57


İran Tehran üzərində vurulan Ukrayna təyyarəsinin “qara qutu”larının deşifrə edilməsinin mümkünsüzlüyünü etiraf edərək onları rəsmi Kiyevə verməyə razı olub.
ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar uçuş qeydlərinin ölkənin istəyinə uyğun olaraq Ukraynaya göndəriləcəyini açıqlayıb. Kiyev Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislərin köməyi ilə “qara qutu”ları deşifrə etməyə çalışacaq, nəticə əldə etməsə, Parisə göndərəcək. Qeyd edək ki, Kiyev yanvarın 15-də İrana sorğu göndərərək uçuş qeydlərinin düzgün şifrələnməsini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib. Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb. Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png