“Bu şəhərdə”nin Sumqayıtdakı konserti təxirə salınıb.
ONN media xəbər verir ki, bu barədə komandanın İnstaqram səhifəsində məlumat verilib:
"Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.
Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.
Xatırladaq ki, analoji hadisə ötən ilin fevralında da yaşanmışdı. Belə ki, “Bu şəhərdə” Sumqayıt şəhər İcra Hakimiyyətinə konsertlə bağlı müraciət etsə də, bunun nəticəsiz qaldığını bildirmişdi: “Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə ( başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Nəticədə, bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” sizin şəhərdə olmayacaq”.
“Qafqazinfo” mövzu barədə İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlamış, o, qarşı tərəfin iddiasını təkzib etmişdi:
“Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib”.(ölkə.az)
İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi



Sumqayıtda “Bu şəhərdə”nin konsertinə qadağa qoyulub?
BŞİH-dən Novruz bayramı ilə bağlı icra başçılarına tapşırıq - SİYAHI
İcra başçısı peyvənd olundu
Paytaxt küçələri yenə yuyuldu
İcra başçısının müavini işdən çıxarıldı
Sumqayıtda Türkiyə bayrağını endirməyə cəhd ediblər? - AÇIQLAMA
Milli Şuranın mitinqinə İCAZƏ VERİLDİ
Başçı marketdə növbəyə durdu, gündəm oldu – Açıqlama
Azərbaycanda icra hakimiyyətləri ilə bağlı VACİB YENİLİK
Zakir Fərəcov işdən çıxarıla bilər?- ŞOK İDDİA
İcra başçısına müavinlər təyin olundu
Sumqayıtda Yeni il yolkasının sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 