Sosial şəbəkələrdə Sumqayıtda Türkiyə bayrağının endirilməsinə cəhd göstərilməsi ilə bağlə video yayımlanıb. İddia olunub ki, bayrağı Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları endirmək istəyib. ONN media xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Sumqayıt İcra Hakimiyyətiylə əlaqə saxlanılıb. İcra hakimiyyətindən verilən açıqlamanı təqdim edirik: "Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Şəhər icra hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib. Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib. Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir”.(azxeber.com)
Sumqayıtda Türkiyə bayrağını endirməyə cəhd ediblər? - AÇIQLAMA



İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
Zakir Fərəcov işdən çıxarıla bilər?- ŞOK İDDİA
Sumqayıtda “Bu şəhərdə”nin konsertinə qadağa qoyulub?
Sumqayıtda Yeni il yolkasının sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
İcra başçısı peyvənd olundu
DİN-dən SOCAR-ın və polisin şəhid ailəsinə təzyiq etməsi xəbəri ilə bağlı AÇIQLAMA
İlham Əliyev Sumqayıta səfər etdi (YENİLƏNİR)
İcra başçısının müavini işdən çıxarıldı
Azərbaycanda polislər bıçaqlandı
Sumqayıtda möhtəşəm gecə görüntüləri... - Foto
Bakıda bu bağçalar işləmir - İKİ FƏRQLİ QƏRAR
Sumqayıtda fəhlə iş yerində öldürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 