Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub. Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirdi. Bildirildi ki, bu, “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışdı. Prezident İlham Əliyev gələcəkdə də Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğuladı. Söhbət zamanı bildirildi ki, “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşdü



İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
İlham Əliyev AYİB sədri ilə görüşdü
İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev məşhur şirkətin direktoru ilə görüşdü
İlham Əliyev Davosda görüşlər keçirir
İlham Əliyev İsveçrədə səfərdədir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
İlham Əliyev sərəncam imzaladı
Prezident Almaniyaya getdi
DGK sədri Bəxtiyar Aslanbəyli ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 