Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğuladı. O, 2017-ci ildə şirkətin Azərbaycan Beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirdi. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının “Doing Business 2019” hesabatında əks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirdi. Qeyd olundu ki, qlobal şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm də Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirdi. Dövlətimizin başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı.



İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda görüşlər keçirir
İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
İlham Əliyev AYİB sədri ilə görüşdü
İlham Əliyev məşhur şirkətin direktoru ilə görüşdü
İlham Əliyev İsveçrədə səfərdədir
İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşdü
Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib
İlham Əliyev Marius Vizeri qəbul etdi
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 