ONN media Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.
Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott “CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğuladı. Bu baxımdan Azərbaycanda islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin Azərbaycanın inkişafında əsas amillər olduğunu qeyd etdi.
Xanım Gerri Elliott Azərbaycan Hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkmə müəssisələrinin inteqrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğuladı. O, “CISCO”nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev “CISCO” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyən etdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd etdi.



İlham Əliyev Davosda görüşlər keçirir
İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev CİSCO-nun vitse-prezidenti ilə görüşdü
İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev İsveçrədə səfərdədir
İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşdü
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi
Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev məşhur şirkətin direktoru ilə görüşdü
Prezident SOCAR-ın vitse-prezidentlərini vəzifədən azad etdi
Azərbaycan Prezidenti ukraynalı həmkarı ilə görüşdü - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 