Türkiyədə yenidən zəlzələ olacağı bildirilir. Məlumata görə, Mərmərə dənizinin Silivri hissəsində 7,6 bal gücündə zəlzələ baş verəcəyi ehtimal olunur. Mərmərədə baş verəcək zəlzələ Avstriya və İtaliyada da hiss ediləcək. Çünki Bursanın coğrafi mövqeyi zəlzələnin təsirini gücləndirərək ətraf ərazilərə yaya bilər. Qeyd edək ki, bir nüçə gün öncə Türkiyənin Elazığ vilayətində güclü zəlzələ baş verdi, xeyli sayta dağıntılar, ölən və yaralananlar oldu.
Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana nə dərəcədə təsir edəcəyi barədə Sherg.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin Qurban Yetirmişli bildirib ki, Abşeron yarımadası bioloji quruluş cəhətdən mürəkkəbdir. Onun sözlərinə görə, bu yarımada olduqca qarışıqdır: “Burada qurunt suları, suxurların və layların parçalanıb düşməsi və qalxması, həmçinin sürüşmə zonaları mövcuddur. Binaları tikəndə hər bir bina üçün ayrıca olaraq binaaltı ərazidə tədqiqat aparmaq lazımdır. Türkiyədəki dağıntılar bir layihə ilə eyni mərtəbəli binalarda baş verib. Çünki yuxarıda sadaladığımız məsələləri nəzərə almaq lazımdır. Binaları necə gəldi tikmək olmaz. Geoloji quruluş cəhətdən Türkiyənin bir tərəfdən dəniz, digər tərəfdən dəniz sahili ərazidir. Bir də görürsən ki, əhəng daşı yuxarı üst qatdadır və ondan aşağıda gil qatı, qum gedir. Bütün bunların sürüşmə modulu, məsaməliyi var. Ona görə də Türkiyədə bu qədər dağıntılar olur. Çünki binaların hamısı bir layihədir və eyni mərtəbəli binalardır. Həmin binaları necə lazımdır yana-yana tikiblər”. “Türkiydəki zəlzələnin Azərbaycana təsiri varmı?” - sualına gəlincə, Q.Yetirmişli vurğulayıb ki, baş verənlər Azərbaycanda olan seymsik zəlzələ ocaqlarını oyada bilməz: “Türkiyədəki zəlzələnin ölkəmizə heç bir təsiri yoxdur. Çünki həm məsafə etibarı ilə, həm də geoloji quruluş cəhətdən tamam fərqli regionlardır. Ölkəmiz də elə gün olmur ki, zəlzələsiz ötüşsün. Bu zəlzələlər hiss olunmur. Yaxın günlərdə isə Azərbaycanda katosqrafik zəlzələ gözlənilmir. Sadəcə xırda təkanlar ola bilər”.Azərbaycanda güclü zəlzələ gözlənilir? – Mərkəz rəhbərindən CAVAB



Zəlzələ niyə Bakıda tam hiss olunmayıb?
SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi
XƏBƏRDARLIQ: Yeni zəlzələlər gözlənilir
Bakıda güclü zəlzələ ola bilərmi?
Azərbaycanda bu ZONALARDA güclü zəlzələlər ola bilər
Türkiyədə zəlzələ - 5 şəhər silkələndi
SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ BAŞ VERDİ
Ermənistanda güclü zəlzələ: Azərbaycan da silkələndi
Azərbaycanda zəlzələ baş verdi
Tacikistanda güclü zəlzələ oldu
Elazığda yenə zəlzələ oldu
Türkiyədə yenə zəlzələ olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 