“Mütləq qoruyucu maska taxmaq lazımdır. Maska virusdan tam qorumasa da, yoluxma riskini bir qədər azaldır”.
Bunu açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov tibbi maskadan istifadənin məcburi edilməsinə münasibət bildirərkən deyib.
R.Mahmudov vurğulayıb ki, insanlarımız COVİD-19-un çox qorxulu xəstəlik oluğunu bilməlidirlər: “Bu virus ağciyərlərin bütün qan dövranını zədələyir, şüşə halına salır, ciyərlərdə qan işləmir. Bizim Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutu bu məsələ barədə açıqlama verməlidir, gerçəklik insanlara ətraflı şəkildə izah olumalıdır, amma onlardan bir nəfər belə, çıxıb danışmır. Biri deyir, yatmaqla immuniteti artırmaq olar. Halbuki immunitet qammaqlobindir, yatmaqla da qammaqlobin yaranmır, zülalla yaranır”.
Müsahibimiz onu da əlavə edib ki, COVİD-19 xüsusi hazırlanıb: “Dəfələrlə deyildi ki, COVİD-19 koronavirusun yeni növüdür. Hər bir dövlətin öz bakterioloji silahı var, bu da bakterioloji silah məqsədilə yaradılıb. Bütün virusları bir yerə yığırlar, zəiflər məhv olandan sonra onların genlərini götürürlər. Hər virusun bir beyni olur, amma COVİD-19-un 40 beyni var, yəni 40 virusdan gen götürüb. Bunu da hazırlayıb Amerikaya satmaq istəyiblər, amma Amerika qəbul etməyib. Sonra 1.5 milyon dollara Çin alimlərinə satıblar. Çində də təsadüf nəticəsində yayılıb, ola bilsin ki, kimsə bilməyərəkdən dövriyyəyə buraxıb”.
“Viruslar 2-5 dəqiqədən artıq kənarda yaşaya bilməzlər, amma COVİD-19 dəmirdə belə, 5 sutka yaşaya bilir. Ona görə də immuniteti aşağı olan adamlar bu virusa tez yoluxur. COVİD-19-a qarşı vaksin də yaratmaq çox çətindir, bəlkə də heç yarada bilməyəcəklər. Çünki 40 növ genə qarşı vaksin yaratmaq çox çətindir”, – deyə R.Mahmudov vurğulayıb.
KONKRET.az



“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov
Rəşid Mahmudov koronaya yoluxdu
Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Evdən çıxmasınlar”
Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilir?
TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ
Toylarda rəqs edənlər maska taxacaq? - RƏSMİ
İki maska taxanlara XƏBƏRDARLIQ
Peyvənd virusun bütün növlərinə qarşı immunitet yaradır?
Türkiyədə daha 77 nəfər virusdan öldü
Virusa yoluxub qeydiyyata düşməyənlər COVID pasportunu necə alacaq? - AÇIQLAMA
COVID-19 pasportunun əldə edilməsi QAYDALARI
Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 