Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov, hər gün Şabran və Siyəzən rayonlarının 4-5 kəndində seçicilərlə görüş keçirir. Hakim partiyanın ən yaxşı təbliğat-təşviqat kampaniyası aparan namizədlərindən olan S.Qurbanov son 2 gündə 10-a dək kəndin seçicilərilə görüşüb. Bu kəndlərin bəziləri isə qarlı dağ kəndləridir. Namizəd əvvəlcə Şabran rayonunun Ağbaş, Çölquşçu və Çayqaraqaşlı kəndlərində seçicilərin qarşısına çıxıb. Burda həm öz platforması barədə danışıb, həm də sakinləri dinləyib, onların problemlərini öyrənib. S.Qurbanov seçicilərlə görüşdən sonra Ağbaş kəndində şəhid Milli Qəhrəman Samir Zülfüqarovun ailəsinə baş çəkib. “Samir qardaşımız 1995-ci ildə Cavadov qardaşlarının dövlət çevrilişinə cəhd etdiyi zaman qorxmaz, igid əsgər olaraq öz şücaətini göstərmiş və bu yolda şəhid olmuşdur. Anamız Gülgəz xanım ailəsinə göstərdiyi diqqətə görə dövlətimizə, onun rəhbəri cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi”, - S.Qurbanov qeyd edib. Siyəzən rayonunda isə Yenikənd, Gilgilçay, Tuğay, Aşağı Ələz, Yuxarı Ələz, Dağquşçu kəndlərində görüşlər olub. S.Qurbanov həmçinin rayon mərkəzində 48-49 saylı yaşayış binalarının sakinləri ilə də görüşüb. YAP-ın namizədi bütün görüşlərdə seçicilərdən tam dəstək vədini alıb. S.Qurbanovun son 2 gündəki görüşlərindən fotoları təqdim edirik: https://www.youtube.com/watch?v=VmqsJu2MVvU&feature=emb_title
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ - 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)



ŞABRANDA MÖHTƏŞƏM SEÇKİ GÖRÜŞLƏRİ – Adil Əliyev gənclərə çağırış etdi
Namizəd Sadiq Qurbanov aprel şəhidinin evini ziyarət edib
Sadiq Qurbanov Siyəzəndə seçicilər ilə görüşüb
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
Sadiq Qurbanov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi
NƏDƏN SADİQ QURBANOV? – İqtisadçı alim 5 səbəbi sadaladı
Oqtay Əsədov seçicilərlə görüşə getmədi - FOTOLAR
Deputatlığa namizəd Qüdrət Nuriyev cəbhə bölgəsində bir sıra görüşlər keçirib (FOTOLAR)
Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
Elza Seyidcahan seçki günü döyüldü – DİN hərəkətə keçdi
Seçicilərin ən çox və ən az səsini toplayan namizədlər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 