Azərbaycanın baş infeksionisti Cəlal İsayev özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxsin Azərbaycanda 12 nəfərin koronavirusdan ölməsi ilə bağlı sosial şəbəkədə yazdığı məlumatlara münasibət bildirib. C.İsayev Trend-ə açıqlamasında həmin məlumatı təkzib edərək bildirib ki, belə xəbərlərin yayılmasında məqsəd insanlar arasında ajiotaj yaratmaqdır: “Azərbaycanda 12 nəfər koronavirusdan ölsə, belə sakitlik olar?! Heç mümkündürmü ki, onların birinin də olsa qohumu heç nə deməsin?! Bu məlumat tamamilə yalandır”. Baş infeksionist Azərbaycanda indiyədək koronavirusa yoluxma halının qeydə alınmadığını da söyləyib. Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur: “Bu zaman insanlarda zökəm əlamətləri – burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir. Amma bu, o demək deyil ki, kiminsə boğazında qıcıqlanma varsa, o, koronavirusa yoluxub. Bu gün bu virus ölkəmizdə yoxdur və gətirilməsi ehtimalı da azdır”. C.İsayev koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsini də mümkün saymayıb: “Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçirilməsi mümkünsüzdür”. Koronavirusun istiyə davamlı olmadığını söyləyən baş infeksionist bildirib ki, koronavirus 37 dərəcə istidə 15 dəqiqəyə, otaq temperaturunda isə 3-4 saata məhv olur. O, havalar istiləşdikcə bu virusa yoluxma halının azalacağını da nəzərə çatdırıb. Qeyd edək ki, Elvin Abdullazadə adlı şəxs sosial şəbəkədə Azərbaycanda 12 nəfərin koronavirusdan öldüyünü, lakin dövlət qurumlarının bunu gizlətdiklərini söyləyib. O, ölən şəxslərdən birinin hətta qohumu olduğunu iddia edir. E.Abdullazadənin fikrincə, virus ölkəmizə Çindən gətirilən sənaye malları vasitəsilə yayılıb.
Azərbaycanda 12 nəfər koronavirusdan ölüb? – RƏSMİ AÇIQLAMA



Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
Baş infeksionist: "Xəstəlik Azərbaycana da keçə bilər"
Baş infeksionistdən koronavirusla bağlı — BƏD XƏBƏR: 6 ay...
Koronavirusla bağlı əhaliyə mühüm xəbərdarlıq
Karantinlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
Azərbaycanda koronavirusa yoluxma artdı - ÖLƏNLƏR VAR
Azərbaycanda COVID-19-la bağlı vəziyyət necədir? - AÇIQLAMA
Ölkədə qrip virusu ilə bağlı SON VƏZİYYƏT
Türkiyədə 193 nəfər virusdan öldü
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?
Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü
Azərbaycanda koronavirusa yoluxma KƏSKİN ARTDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 