Karantin rejimi bitdikdən sonra da insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar. ONN media bildirir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionist bildirib ki, hazırda Azərbaycanda xəstəxanalarda 500-dək insan koronavirusa görə müalicə edilir: “Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılır. Amma hələ də ölkədə hər gün yoluxma halı qeydə alınır. Biz yalnız yeni yoluxma qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışa bilərik. Amma ölkədə hətta 1-2 nəfərdə belə, koronavirusa yoluxma halı varsa, sadaladığım şəxslər risk qrupuna daxil olan insanlar sayılacaqlar". C.İsayev bunu nəzərə alaraq, insanlara xəbərdarlıq da edib. O qeyd edib ki, mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar: “Bu tövsiyələrin bir qismi, məsələn, əllərin yuyulması, şəxsi gigiyena qaydalarına əməl edilmə, kütləvi yerlərdən uzaq olmaq bizim gündəlik həyatımızla bağlıdır. İnsanların çox olduğu yerlərdə yalnız koronavirusa deyil, hər cür infeksiyaya yoluxmanın olması mümkündür. Ona görə də həmişə qaydalara riayət etməliyik ki, təkcə koronavirusa deyil, digər infeksiyalara da yoluxmayaq”. (trend)



“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist
Azərbaycanda son günlər koronavirus belə yayılır - XƏBƏRDARLIQ
Əhaliyə koronavirus XƏBƏRDARLIĞI
Daha iki ölkədə koronavirusa yoluxma halı var
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
Karantin ləğv edilə bilər - Açıqlama
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu
Azərbaycanda 12 nəfər koronavirusdan ölüb? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?
Koronavirus Bakıya gələ bilərmi?
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 