Şənbə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən açıq görüş erməni Baş nazir Nikol Paşinyan üçün əsl məğlubiyyət oldu – o, “qədim Ermənistan” haqqında miflərə, dəfələrlə səhvləri və yalanları ifşa olunmuş mənbələrə istinad edib, öz sözlərini sənədlər və tutarlı arqumentlərlə gücləndirməyib, nitqini öz mesajlarından daha çox Azərbaycan Prezidentinə etirazlar üzərində qurub. Danışıqların sonunda zal onun sözlərinə gülməyə başlayıb. Bu fakt həm Ermənistanda, həm də erməni diasporunda etiraf edilib.
ONN media oxu.az-a istinadәn xəbər verir ki, Paşinyanın məğlubiyyəti barədə ən hərarətli çıxış edənlərdən biri “Facebook” hesabı vasitəsilə məsələyə münasibət bildirən “Ümumerməni Milli Konsensusu”nun həmsədri Lusine Aroyan-Dalakyan olub. “Mətbuat konfransını izləyirəm. Biz rüsvayçılıqla uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O, çox hazırlıqlıdır, jestlərin dili məharətlə seçilib. Paşinyan isə heç bir suala tam cavab vermədi, əks-zərbə endirmədi”, - Aroyan-Dalakyan vurğulayıb. “İlham Əliyev Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Paşinyan bu sahədə zəruri biliklərə sahib deyildi və yarımçıq cavabları onu gülünc vəziyyətə qoydu. O, həmçinin, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının imkansızlığı barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra Böyük Tiqran köməyə çatdı. Lakin qələbə artıq Əliyevin idi”, - Lusine Aroyan-Dalakyan vurğulayıb. Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi barədə heç nə deməyib və publikadan özünün “mikroinqilabları” barədə suallar verilməsini istəyib. Bununla da zəif müzakirәçi kimi acınacaqlı tәәssürat yaradıb.Lusine Aroyan-Dalakyan: “Paşinyana görə Qarabağla bağlı debatlarda rüsvayçılıqla uduzduq”



Erməni qızdan Paşinyana ŞOK: Azərbaycan vətəndaşı olacam
Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır? - Sitatlar
Çoxları soruşa bilər ki, Qarabağ... - Nikoldan Xankəndidə ŞOK SÖZLƏR
Paşinyan erməni diasporunun məğlub olduğunu ETİRAF ETDİ
Əli Əsədov və Paşinyan görüşə bilər?
Bakının əlində Paşinyanın video faktları var – Ermənistan ŞOKDA
Paşinyanın “lift danışığı”nın yeganə şahidi ÖLDÜ
Daha 31 erməni hərbçinin meyiti təhvil verildi
Erməni KİV: Prezident İlham Əliyevlə Paşinyan görüşəcək
Paşinyanın son çarəsi: bu dəfə həyat yoldaşını göndərdi
Paşinyan Litvaya gedir - NİYƏ?
GƏRGİNLİK DAVAM EDİR: Erməni xalqı küçələri BAĞLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 