İnsanlıq tarixinin ən böyük qətliamı 28 il bundan əvvəl Qarabağda törədilib.
ONN media bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.H.Altınalan bildirib ki, işğalçılıq istəyinə nail olmaq istəyən erməni dəstələri aldıqları dəstəklə Xocalıda yüzlərlə azərbaycanlını qətlə yetirdilər.
O əlavə edib ki, Xocalıdakı qətliam türklərin tarixində ən acı günlərdən biridir:"Təəssüflər olsun ki, Xocalını qan gölünə çevirən erməni dəstələri bu günə kimi törətdikləri əməllərə görə beynəlxalq məhkəmə qarşısında hesabat verməyiblər. Vaxt itirmədən beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Ermənistanı işğal etdiyi bütün Azərbaycan ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxmağa məcbur etməli və onlardan vəhşiliklərinin hesabını tələb etməlidir”.Diplomatın sözlərinə görə, çağdaş dünya Xocalı qətliamı qarşısında susur, orada yaşanan vəhşiliklərə göz yumur, Ermənistan isə törətdiyi cinayətləri inkar etməkdədir:“Münxen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyan da Azərbaycan Prezidenti İlham Əliyev qarşısında Xocalı faciəsini inkar edən bir yol tutdu. N.Paşinyan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın da erməni torpağı olduğunu iddia etdi”.H.Altınalan bildirib ki, arxivlərdə qeyd olunduğu kimi, N.Paşinyan özü də yaxşı bilir ki, vaxtilə Rusiya imperiyası müxtəlif yollarla erməniləri İrəvan və ətrafına yerləşdirib, beləliklə də İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında erməni bölgəsi yaradıblar:“Prezident İlham Əliyev bu tarixi faktları əsas tutaraq N.Paşinyana dərs verdi. Hətta eşitdikləri qarşısında nə edəcəyini bilməyən N.Paşinyan Dağlıq Qarabağda Ermənistan ordusunun deyil, Qarabağdakı silahlı birləşmələrin olduğunu iddia etsə də, daha sonra öz oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etdi”.H.Altınalan bildirib ki, ziddiyyətli ifadələr, əsassız iddialar səsləndirən N.Paşinyan Prezident İlham Əliyevin və izləyicilərin qarşısında gülünc vəziyyətə düşdü:“Beləliklə də bütün dünya erməni iddialarının heç bir həqiqi əsasının olmadığına bir daha şahid oldu”.



“Ermənilər buna görə cavab verməlidirlər” - Ərdoğanın baş müşaviri
Türkiyə parlamentinin komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
Ermənilər Xocalıdan çıxır?
Xocalıda 613 nəfər deyil, ən azı 2613 nəfər qətlə yetirilib - Yunus Oğuzdan ŞOK açıqlama
İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya
Azərbaycan Ordusu Xocalıya bunun üçün girdi - Ərdoğan
Ramil Usubovdan Qarabağda yaşayan ermənilərə çağırış
Ərdoğan:“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır
Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi
Rəsmi Bakı Niderlandın “erməni soyqırımı”nı tanımasını pislədi
"Azərbaycanın işğal olunmuş əraziləri gec-tez azad ediləcək"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 