Xocalı qətliamının açdığı yaralar var. Təbii ki, o qətliamı yaşayanlar və bizlər üçün də Xocalı qətliamı unudula bilməz. Ermənistan hazırda Xocalı qətliamının cavabını verir və verəcək. Çünki 1 milyon azərbaycanlı Xocalıdan və digər şəhərlərdən sanki hicrət etdi. Haraya? Azərbaycana. İndi on illər sonra Azərbaycan bu qətliamın hesabını çəkdi. Çox-çox fərqli şəkildə hesabını çəkdi və torpaqlarını geri aldı.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.
“Məlum olduğu kimi, Minsk üçlüyü olan ABŞ, Rusiya, Fransa illərlə Azərbaycanın bu haqqını tanımadılar. Sonda Azərbaycan göbəyini özü kəsdi və işini bitirdi. İndi Xocalıda artıq kimi var? – Xocalının gerçək sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sabitlik və sülh gətirmək üçün girdi. İllər öncə oraya erməni quldurlarının girdiyi kimi girmədi. İnsanları qətlə yetirmək üçün girmədi. Xocalıya haqqı olan sülhü və əmin-amanlığı bərqərar etmək üçün girdi. Öz torpağında sonra gələcək zəfərlərin müjdəsi ilə girdi. Azərbaycan Xocalı və Qarabağ üçün də Azərbaycanın suverenliyi altında daimi sülh və sabitliyin vaxtı gəlib. Ermənistana düşən də bu sabitliyin bərqərar edilməsi və mühafizəsi üçün sülhün yanında durmaqdır”, - o bildirib.



Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
Türkiyə parlamentinin komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
İstanbulda Xocalı soyqırımı ilə əlaqədar yürüş keçirilib
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Xocalı soyqırımı Uruqvay və Çili mətbuatında
Ərdoğan:“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib - Türkiyəli diplomat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 