Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirilib.
İqtisadiyyat Nazirliyindən ONN media -ya verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb:"Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır. İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıblar. Araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir".Nazirlikdən bildirilib ki, sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib.
Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb:"Qeyd edək ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır. İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək".



Apteklərdə spirt qıtlığı aradan qalxdı
Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA
Azərbaycan maskaları gələn həftə satışa çıxarılacaq
Azərbaycanda tibbi maska istehsal ediləcək
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - VİDEO
Əhaliyə satılan tibbi maskaların qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
Maska və spirt qıtlığı barədə Operativ Qərargahdan açıqlama
Maskalarla bağlı əhaliyə MÜHÜM MÜRACİƏT
Tibbi maskaların arasından elə birşey çıxdı ki...
Apteklərdə tibbi spirt və maska niyə yoxdur?
Azərbaycanda maskalar əhaliyə pulsuz paylanacaq
Tibbi maskalar təkrar emala gedəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 