Bakıda bəzi apteklərdə tibbi spirt və maskanın olmadığı müşahidə edilir.
ONN media xəbər verir ki, xüsusilə mərkəzdən kənarda, “Əhmədli”, “Həzi Aslanov” metrostansiyaları ərazisində tibbi spirtin 2 gündür olmaması narahatlıq yaradır.
Bununla bağlı Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova da açıqlama yayıb. O bildirib ki, dərman, o cümlədən maska və spirt Səhiyyə Nazirliyi deyil, sahibkarlar tərəfindən xüsusi razılıq əsasında ölkəyə gətirilir. Qiymətlər isə bazar iqtisadiyyatına uyğun tənzimlənir.
Nazirlər Kabineti yanında Operativ Qərargaha məsələ ilə bağlı sorğu göndərilib.