Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırıb. ONN media xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbuk səhifəsi vasitəsilə bildirib ki, qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün Miqrasiya Xidmətlərinin əldə edilməsi ilə bağlı müraciətlər müvəqqəti olaraq aşağıdakı formada tövsiyə edilir: “Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir. Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaq. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər. Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılıb. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər. Ümumən xüsusi zərurət yoxdursa, yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik. Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur”.
Azərbaycanda daha bir qurum fəaliyyətini məhdudlaşdırdı



Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı YENİ QƏRAR
Əcnəbilərin Azərbaycanda qalma müddəti uzadılır
Bu müraciətlərə ASAN Xidmət baxacaq
DMX əcnəbilərə müraciət etdi
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Azərbaycanda 21 mindən çox əcnəbi miqrasiya qanunvericiliyini pozdu
Azərbaycanda olan əcnəbilərə ŞAD XƏBƏR
Bu miqrantların Azərbaycanda müvəqqəti yaşamasına icazə verildi - RƏSMİ
Miqrasiya xidməti bu şəxslərlə bağlı məlumat yaydı
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
Miqrasiya Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 