Azərbaycanda olma müddəti bitən bütün əcnəbilərin müraciətləri 30 aprel tarixinə kimi qəbul olunmuş sayılır. Bunun üçün elektron qaydada müraciət etməyə və ya qurumun qəbul şöbələrinə gəlməyə ehtiyac yoxdur. ONN media xəbər verir ki, bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərov sosial şəbəkə hesabında yayıb. E.Kələntərov bildirib ki, ölkədə olma müddəti bitən şəxslər narahat olmaya bilərlər. Çünki artıq onların müraciətləri qəbul olunub: “Sadəcə, elektron qaydada və ya ödəniş terminalı vasitəsilə dövlət rüsumunu ödəməklə müvafiq icazə qərarlarını əldə etmək mümkündür. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ölkədə qalma müddəti bitən əcnəbilərin kodları yerləşdiriləcək. Həmin kodları əldə etməklə ödəniş terminallarında ödəniş edə biləcəklər”. DMX sözçüsü bildirib ki, Dövlət Rüsumu haqqında Qanuna əsasən, 30 gün üçün yetkinlik yaşına çatmayan şəxslərə dövlət rüsumunun miqdarı 15 manat, yetkinlik yaşına çatan şəxslərə isə 30 manatdır. 60 gün üçün isə yetkinlik yaşına çatmayanlara 30 manat, yetkinlik yaşına çatan şəxslərə isə 60 manatdır.
Azərbaycanda olan əcnəbilərə ŞAD XƏBƏR



Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı YENİ QƏRAR
Əcnəbilərin Azərbaycanda qalma müddəti uzadılır
Azərbaycanda daha bir qurum fəaliyyətini məhdudlaşdırdı
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
Bu miqrantların Azərbaycanda müvəqqəti yaşamasına icazə verildi - RƏSMİ
Bu müraciətlərə ASAN Xidmət baxacaq
DMX əcnəbilərə müraciət etdi
Bu rüsumlar artırılır - Siyahı
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?
Şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş şəxslərə ŞAD XƏBƏR
Çin vətəndaşları Azərbaycana necə gələcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 